AZ

"Çelsi"nin futbolçusu "Milan"ın hədəfində

"Çelsi"nin yarımmüdafiəçisi Karni Çukvumeka karyerasını "Milan"da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzio "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O "rossonerilər"in 20 yaşlı futbolçu üçün artıq londonlularla danışıqlara başladığını qeyd edib. "Çelsi" Çukvuemekanı birdəfəlik almaq şərti ilə icarəyə göndərmək istəmir "Milan" isə müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə birdəfəlik alma öhdəliyini sövdələşməyə daxil etməyə hazır olduğu bildirilir.

Ötən mövsüm ingilis futbolçu "zadəganlar"ın heyətində 12 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
90deqiqe.az

1Mənbələr