AZ

“Çelsi” “Aston Villa”nın 18 yaşlı yarımmüdafiəçisini transfer etdi

“Çelsi” “Aston Villa”nın yarımmüdafiəçisi Omari Kellimanı transfer etdiyini açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, tərəflər 6+1 illik müqavilə bağlayıblar. “Transfermarkt” portalının məlumatına görə, transferin məbləği 22,5 milyon avro təşkil edib. Futbolçu iyulda yeni komandasına qoşulacaq. Qeyd edək ki, Kelliman “Derbi Kaunti”nin yetirməsidir. O, 2022-ci ildən “Aston Villa”nın heyətindədir. Ümumilikdə, 18 yaşlı yarımmüdafiəçi əsas komandada 6 oyun keçirib və bir məhsuldar ötürmə edib.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
matc.az

1Mənbələr