AZ

Dörd gimnastımız final mərhələsində

Batut gimnastikası üzrə 52-ci Nissen kubokunda final mərhələsinin iştirakçıları bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin dörd gimnastı İsveçrənin Arosa şəhərində keçirilən yarışın təsnifat mərhələsini uğurla adlayıb.

Əli Niftəliyev, Ammar Baxşalıyev, Samirə Hüseynova fərdi və sinxron çıxışda medallar üçün mübarizə aparacaq. Ayan Şabanova sinxron çıxışda mükafatçılar sırasına düşmək imkanına malikdir.

Qeyd edək ki, iyunun 27-də start götürən yarışa bu gün yekun vurulacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
idman.biz

2Mənbələr