AZ

Spalletti: “İtaliyanın bizimlə fəxr etməsi üçün artığını etməliyik”

İtaliya millisinin baş məşqçisi Luçano Spalletti AÇ-2024-ün 1/8 finalında İsveçrə yığması ilə oyun ərəfəsində gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İtaliyanın bizimlə fəxr etməsi üçün əvvəlkindən daha artığını etməliyik. Püşkatma bizi çətin qrupa saldı, futbolçular isə işin öhdəsindən həmişə gəlmirdilər. İndi ümidvaram ki, onları meydanda daha rahat görəcəyəm. Artıq digər oyunaları izləməyə və ya xalları saymağa ehtiyac yoxdur – hər şey burada və indi baş verir. Biz növbəti mərhələyə yalnız bu oyunda qalıib gəlsək yüksələcəyik.

Biz imkanımızı hələ tam gerçəkləşdirə bilməmişik. Olsun ki, yalnız ayrıca götürülmüş məqamlarda. Yekun oyununun sonunda qola gərəyimiz olsa belə, qrupdan layiqincə vəsiqə qazandıq. Amma indi hər kəs özünə əvvəlkindən daha çox hesabat verməlidir.

İsveçrə yığmasının əla məşqçisi var. Onun komandası çox mütəşəkkil oynayır. Güclüdürlər, texnikalıdırlar, Caka kimi təcrübəli futbolçuları var. Amma düşünürəm ki, bacarığımızın mütləq səviyyəsində oynasaq, onların istənilən oyunçusunun öhdəsindən gələ bilərik”, deyə Spalletti vurğulayıb.

Xatırladaq ki, AÇ-2024-ün 1/8 final mərhələsinin İsveçrə – İtaliya oyunu bu gün, iyunun 29-da Berlinin “Olimpiaştadion”unda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Vurğulayaq ki, İtaliya yığması cari Avropa çempionu adını daşıyır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
arena.az

1Mənbələr