Sumqayıtda 33 yaşlı qadını avtomobil vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Oqtay Sabir oğlu Xəlilov idarə etdiyi "Mercedes" markalı avtomobillə 1991-ci il təvəllüdlü Ayşən Ramiz qızı Qəribovanı vurub. Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.