AZ

PSJ-dən “Barselona”ya 250 milyonluq təklif

PSJ 16 yaşlı vinger Lamin Yamalın alınması üçün “Barselona”ya 250 milyon avro təklif etməyə hazırdır. Lakin Kataloniya klubu heç bir halda Yamalla ayrılmaq istəmir. PSJ 16 yaşlı vinger Lamin Yamalın alınması üçün “Barselona”ya 250 milyon avro təklif etməyə hazırdır. Matc.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Bildirilir ki, Kataloniya klubu heç bir halda Yamalla ayrılmağa hazır deyil. Xatırladaq ki, mart ayında “Barselona”nın prezidenti Joan Laporta PSJ-nin Yamal üçün 200 milyon avro təklif etdiyini, lakin rədd edildiyini bildirmişdi. Qeyd edək ki, ötən mövsüm Yamal bütün turnirlərdə 53 matçda iştirak edib, 7 qol vurub, 11 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
4
matc.az

10Mənbələr