AZ

Mourinyo İspaniya millisinin hücumçusunu istəyir

“Atletiko” və İspaniya millisinin 31 yaşlı hücumçusu Alvaro Morata “Fənərbaxça”ya keçə bilər. Joze Mourinyo İspaniya millisinin tarixinin ən yaxşı bombardirlərindən birinin transferində son dərəcə maraqlıdır. “Atletiko” və İspaniya millisinin 31 yaşlı hücumçusu Alvaro Morata “Fənərbaxça”ya keçə bilər. Matc.az xəbər verir ki, bu barədə AS internet nəşri məlumat paylaşıb. Bildirilir ki, Türkiyə klubunun baş məşqçisi Joze Mourinyo İspaniya millisinin tarixinin ən yaxşı bombardirlərindən birinin transferində son dərəcə maraqlıdır. Hazırda Alvaro Morata 76 matçda 36 qolla İspaniya millisinin bombardiri siyahısında dördüncü yerdədir. Milli komandanın heyətində ondan daha çox qol vuran futbolçulardan cəmi üç futbolçu var -  Fernando Torres (110 matçda 38 qol), Raul (102 matçda 44 qol) və David Villa (98 matçda 59 qol). Qeyd edək ki, ötən mövsüm Morata “Atletiko”nun heyətində 48 oyun keçirib, 21 qol vurub və 5 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 16 milyon avrodur.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
matc.az

1Mənbələr