AZ

“Liverpul”un hücumçusu Uruqvayın qol rekordunu təkrarladı

ABŞ-da Amerika Kuboku davam edir və Amerika qitəsinin komandaları kubok uğrunda mübarizə aparırlar. Matc.az xəbər verir ki, dünən C kvartetində qrup mərhələsinin oyunları keçirilib ki, bunlardan biri də Uruqvay - Boliviya görüşü olub. Qarşılaşma uruqvaylıların 5:0 böyük hesablı məğlubiyyəti ilə başa çatıb və ikinci qolu “Liverpul”un hücumçusu Darvin Nunes vurub. Bu qol Nunesin son yeddi oyunda millinin heyətində onuncu qolu olub. Bu göstərici rekorddur. O, Kosta-Rika, Braziliya, Panama, Meksika, Boliviya və Argentinaya qarşı oyunlarda fərqlənib. Ölkənin əfsanəvi oyunçusu Skaroninin 1927-1928-ci illərdə millidə əldə etdiyi bu nailiyyəti indiyə qədər heç bir uruqvaylı təkrar edə bilməmişdi. Ümumilikdə Nunes millinin heyətində 51 oyunda 38 qol vurub. Hazırda millinin bombardiri 68 qolu olan Luis Suaresdir. Sabiq “Barselona” oyunçusu Nunes üzərində qol sayında əhəmiyyətli bir üstünlük əldə etsə də, “Liverpul”lu ulduz üçün hələ hər şey qabaqdadır. 25 yaşlı futbolçunun komandanın qol rekordunu qırmaq üçün zamanı var.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
matc.az

1Mənbələr