AZ

“Kiyev prezidentin xüsusi təyinatlılarını sərhədimizə toplayıb“ - Muraveyko

Ukrayna prezidentin xüsusi təyinatlı qüvvələrini Belarusla sərhədə yerləşdirib.

News365.az xəbər verir ki, bu barədə Belarusun Baş Qərargah rəisi Pavel Muraveyko məlumat yayıb.Onun sözlərinə görə, son həftələrdə sərhəd yaxınlığında Ukrayna qoşunlarının fəallığı müşahidə olunur.

“1-ci prezident briqadasının xüsusi təyinatlı bölmələri Jitomir, Rovenski-Jitomir istiqamətində olan Ovruç qəsəbəsinə gəlib”, - Muraveiko ONT telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, bu bölmələr Belarus ərazisini təxribat və kəşfiyyat qrupları ilə sızmağa qadirdir. Muraveyko buna cavab olaraq Belarus Silahlı Qüvvələrinin öz bölmələrini məlum ərazilərə köçürməyə və sərhədi mühafizə etməyə məcbur olduğunu açıqlayıb: "Biz istəməzdik ki, cənub qonşumuz kiminsə göstərişinə uyub belarusların "dişlərini sınamağa" çalışsın".

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
news365.az

1Mənbələr