AZ

Avropa çempionatı: Azərbaycanın daha beş idmançısı mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha beş cüdoçusu Bolqarıstanda keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq."Report"un Sofiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, fərdi yarışın sonuncu günündə qızlardan Mələk Bayramlı (70 kq), oğlanlardan Mehdi Abbasov, Əli Qazıməmmədov (hər ikisi 81 kq), Hüseyn Eyvazlı (90 kq) və Sübhan Axundov (+90 kq) tatamiyə çıxacaqlar.70 kq.Mələk Bayramlı - Keti Robakidze (Gürcüstan)90 kqHüseyn Eyvazlı - Lorens Hornqaçer (Avstriya)+90 kqSübhan Axundov - Nikola Lubura (Bosniya və Herseqovina) / Mahmutcan Maden (Türkiyə) cütünün qalibiQeyd edək ki, turnir iyunun 30-da komanda yarışı ilə başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) və Cəsur İbadlı bürünc medal qazanıblar.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
50
regionxeberlericom.az

10Mənbələr