AZ

Azercell-in dəstəyi ilənövbəti “İnformatika kampı” baş tutub

Bakı. Trend:

Ölkəmizi beynəlxalq fənn olimpiadalarında təmsil edəcəkşagirdlərin müsabiqələrə hazırlıq prosesi intensiv şəkildə davamedir. Bu məktəblilərə dəstək olmaq məqsədilə Azercell, Elm vəTəhsil Nazirliyi və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsindəmüxtəlif hazırlıq proqramları təşkil olunur.

Bu dəfə təlimlər Avropa Qızlar İnformatika Olimpiadası (21-27iyul, Niderland), Yeniyetmələrin Avropa İnformatika Olimpiadası(16-22 avqust, Moldova) və Beynəlxalq İnformatika Olimpiadasına(1-8 sentyabr, Misir) qatılmağa hazırlaşan məktəbliləri əhatə edib.Bir həftə davam edən “İnformatika kampı” İ. Əfəndiyev adına ElitarGimnaziyada baş tutub.

Qeyd edək ki, məşğələlərə Bakı ilə yanaşı, respublikanınmüxtəlif bölgələrindən həm yuxarı yaş qrupuna aid olan 10-11-cisinif şagirdləri, həm də aşağı yaş qrupunu təmsil edən 8-9-cu sinifşagirdləri qatılıb. Təlim çərçivəsində məktəblilər hər günbeynəlxalq olimpiada formatında təşkil olunan yarışlara qoşulub,eyni zamanda məsələlərin ətraflı izahı və yeni mövzularınmüzakirəsi yer alan sessiyalarda iştirak ediblər.

Xatırladaq ki, 2017-ci ildən etibarən məktəblilərimizinbeynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom”MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzindəAzərbaycanın bölgə və paytaxt məktəblərində təhsil alanşagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslıproqramlaşdırma müsabiqələrində ümumilikdə 70 medal qazanıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
18
az.trend.az

10Mənbələr