AZ

SEVASTOPOLDA YENİ HÜCUMDAN SONRA 3 NƏFƏR YARALANIB

Sevastopola raket hücumu nəticəsində 3 mülki şəxs yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə şəhər qubernatoru Mixail Razvojayev məlumat verib.

İlkin məlumatlara görə, onların yüngül dərəcəli qəlpə yaraları var. İndi vətəndaşlar xəstəxanaya yerləşdirilir.

112 xidməti düşmüş fraqmentlər barədə məlumat alır. Belə ki, Novikova küçəsi ərazisinə raket parçasının düşdüyü artıq məlum olub. Vıqonnayadakı fərdi evdə şüşələr sınmış, evin damı və tavanı deşilmişdir. Jukov küçəsində bir neçə evə ziyan dəyib.

Xilasetmə xidmətləri işlərini davam etdirir. İctimaiyyətə xatırladılır ki, sursatlara yaxınlaşmaq olmaz və onları qaldırmaq qəti qadağandır. Əgər aşkar edilərsə, koordinatlar xilasedicilərə bildirilməlidir.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
tezadlar.az

1Mənbələr