AZ

Narkotik vasitə qarşılığında kuryerliyə cəlb edilən şəxs saxlanıldı

Bakı. Trend:

Narkotik vasitə qarşılığında kuryerliyə cəlb edilən şəxssaxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər NazirliyininMətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarınınkeçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotropmaddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər məhkumolunmuş Xalid Şükürov saxlanılıb.

X.Şükürovdan 11 kiloqram marixuana, 3 kiloqram heroin, əlavəolaraq tiryək, metamfetamin və 100 ədəd metadon həbiaşkarlanıb.

Araşdırmalarla onun narkotik vasitə qarşılığında İranda yaşayannarkotacir tərəfindən kuryerliyə cəlb edildiyi müəyyən edilib.

X.Şükürov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiriseçilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
20
az.trend.az

10Mənbələr