AZ

Azərbaycan manatının dövretmə sürəti cüzi artıb

Bu il iyunun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,35 bənd təşkil edib.

FED.az Azərbaycan Mərkəzi Bankına  istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,01 bənd çox, ilin əvvəlinə nisbətən 0,13 bənd az, illik müqayisədə isə 0,57 bənd azdır.

Qeyd edək ki, manatın dövretmə sürəti bu ilin aprelin 1-nə 3,34 bənd, illn əvvəlinə 3,48 bənd, ötən il iyunun 1-nə isə 3,92 bənd təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
fed.az

1Mənbələr