AZ

Vidal: “Vinisius “Qızıl top”a layiq deyil, Kroos isə çox şeyi məndən öyrənib”

“Barselona”nın və “Yuventus”un sabiq yarımmüdafiəçisi, hazırda Çilinin “Kolo-Kolo”da çıxış edən Arturo Vidal maraqlı açıqlamalarla gündəmə gəlib. Matc.az xəbər verir ki, o, “Real”ın cinah hücumçusu Vinisius Junior, eləcə də keçmiş yarımmüdafiəçisi Toni Kroos haqqında fikirlərini bölüşüb. “Vinisius Junior dünyanın ən yaxşı on oyunçusundan biri ola bilər, lakin o, “Qızıl top”a layiq deyil. Toni Kroos mənimlə “Bayer”də oynayıb. Tez-tez ayaqlarına vurduğum üçün məndən çox şey öyrənib (gülür). Ona futbolun necə işlədiyini göstərirdim. O, müdrik idi, amma fizik cəhətdən zəif idi”. Xatırladaq ki, Vidal və Kroos 2009-2010-cu illərdə Leverkuzen klubunda birgə çıxış ediblər.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
matc.az

1Mənbələr