AZ

AVRO-2024: Buffonu kimlər təəccübləndirib?

İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon Almaniyada keçirilən Avropa çempionatından danışıb. Matc.az xəbər verir ki, o, turnirdə çıxış edən gənclərdən kimləri istedadlı futbolçu hesab etdiyini açıqlayıb. “İspaniya yığmasında cinahlarda oynayan uşaqlar (Lamin Yamal və Niko Uilyams) məni təəccübləndirdi. Əlbəttə ki, onları tanıyırdım, amma əvvəllər onları heç vaxt əyani şəkildə görməmişdim. Aydındır ki, onlarda xüsusi nə isə var. Televiziyada gördüklərimə görə, Almaniyadakı turnirdə gələcəyə ümid verən istedadlar var. Portuqaliyanın güclü komandası, Fransanın isə çox təcrübəli məşqçisi və əla oyunçuları var”. Qeyd edək ki, bu gün AVRO-2024-ün 1/8 final mərhələsinin oyunlarına start verilir.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
matc.az

1Mənbələr