AZ

Azyaşlıya səhv diaqnoz qoyuldu: Revmatizmi olan uşağa 2 il yarım kimyaterapiya müalicəsi ediblər - FOTOLAR

Azyaşlıya səhv diaqnoz qoyuldu: Revmatizmi olan uşağa 2 il yarım kimyaterapiya müalicəsi ediblər - FOTOLAR

Türkiyədə 6 yaşlı uşaq səhv diaqnoz nəticəsində 2,5 il kimyaterapiya müalicəsi alıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, iki fərqli dövlət xəstəxanasına müraciət edən ailəyə Adanadakı xəstəxanada hemofaqositik lenfohistiyositoz (HLH) diaqnozu qoyulub. Həkimlər dərhal kimyaterapiya müalicəsinə başlamaları lazım olduğu bildirilib.

Həkimlərin diaqnozundan sonra o zaman 3 yaşında olan uşaq kimyaterapiya və kortizon müalicəsi almağa başlayıb. Bu dövrdə müalicə və dərmanların təsiri altında azyaşlının saçları tökülüb və həddindən artıq kökəlməyə başlayıb.

2 il yarım müalicədən sonra uşağın sağlamlığında heç bir dəyişiklik baş verməyib. Daha sonra ailə Adanada özəl xəstəxanaya müraciət edib. Özəl xəstəxanada aparılan geniş müayinələrdən sonra balacanın jia kimi tanınan qızdırma-iltihabi revmatizmdən əziyyət çəkdiyi məlum olub. Həkimlər müalicəsinin 2 həftədən bir vurulması lazım olan peyvəndin lazım olduğunu bildirib.

Azyaşlının anası səbəbsiz olaraq kimyaterapiya müalicəsi aldıqlarını və sümük iliyi nəqli ərəfəsində olduqlarını ifadə edərək, məsul həkimlərdən şikayət etdiklərini deyib.
AzyaşlıyaAzyaşlıyaAzyaşlıya

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
sonxeber.az

1Mənbələr