Nigeriyanın Kaduna-Kano avtomobil yolunun Kura bölgəsindən keçən hissəsində hərəkətdə olan yük maşını (TIR – red) idarəetməni itirərək namaz qılmaq üçün toplanan izdihamın arasına daxil olub.BUTA.TV xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 14 nəfər ölüb. Bundan başqa, qəza zamanı çoxlu sayda insanın yaralandığı bildirilib.