AZ

Daha 5 cüdoçumuz mübarizəyə başlayır - Avropa çempionatı

Bu gün Azərbaycanın daha beş cüdoçusu Bolqarıstanda keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

Prosport.Az xəbər verir ki, fərdi yarışın sonuncu günündə qızlardan Mələk Bayramlı (70 kq), oğlanlardan Mehdi Abbasov, Əli Qazıməmmədov (hər ikisi 81 kq), Hüseyn Eyvazlı (90 kq) və Sübhan Axundov (+90 kq) tatamiyə çıxacaqlar.

Qızlar
70 kq
Mələk Bayramlı - Keti Robakidze (Gürcüstan)

90 kq
Hüseyn Eyvazlı - Lorens Hornqaçer (Avstriya)

+ 90 kq
Sübhan Axundov - Nikola Lubura (Bosniya və Herseqovina) / Mahmutcan Maden (Türkiyə) cütünün qalibi

Qeyd edək ki, turnir iyunun 30-da komanda yarışı ilə başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) və Cəsur İbadlı bürünc medal qazanıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
3
prosport.az

10Mənbələr