AZ

Hərbi əməkdaşlığın Avropa qütbü: Azərbaycan desantı Balkanlarda

İyunun 26-da Azərbaycanın İtaliyanın hərbi-sənaye sektorunun lideri “Leonardo” şirkətindən aldığı “C-27J” tipli təyyarənin təqdimatında Prezident, Ali Baş Komandan İlham Əliyev şəxsən iştirak edərək hərbi təyyarəyə baxış keçirdi. Bundan sonra dövlət başçısının İtaliyanın müdafiə naziri Quido Krosetto və xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşü oldu. İtaliyanın hər iki rəsmisi Azərbaycana “Leonardo” şirkətinin prezidenti Stefano Pontekorvo ilə birlikdə, hərbi təyyarəni təqdim etmək üçün gəlmişdilər. Bu səfər rəsmi Romanın Bakı ilə mövcud olan strateji münasibətlərinə verdiyi önəm və dəyərin çox parlaq göstəricisidir.

Avropada ən iri tərəfdaş

Bu, Prezident İlham Əliyevin adıçəkilən şəxslərlə ilk görüşü deyil. İtaliyanın müdafiə naziri Azərbaycana bir neçə dəfə səfər edib və bu, onu göstərir ki, rəsmi Bakının Roma ilə hərbi əməkdaşlıq sahəsindəki əlaqələri olduqca intensiv xarakter daşıyır. Dövlət başçısının “Leonardo” şirkətinin prezidenti ilə də təmasları mütəmadidir. “Leonardo” tək İtaliya və ya Avropada deyil, bütün dünyada hərbi-sənaye kompleksinin lideri və novatorlarından biridir.

Azərbaycanın İtaliya ilə uğurlu və məhsuldar əməkdaşlığı Bakının iqtisadi imkanları və siyasi potensialını necə məharətlə hərbi əməkdaşlıq müstəvisində istifadə etdiyinin bariz nümayişidir. Bu gün İtaliya Azərbaycanın bəlkə də ən vacib və prioritet iqtisadi tərəfdaşıdır. Bu ölkə ilə olan ticarət dövriyyəsi 15 milyard dollar həddindədir. Bu, kifayət qədər böyük göstəricidir. İtaliya Azərbaycanın enerji daşıyıcılarının sabit alıcısıdır. Romanın Avropanın və Avropa Birliyinin qabaqcıl təmsilçisi olduğunu nəzərə alsaq, iqtisadi və hərbi əməkdaşlığın siyasi tərəfdaşlığa transformasiyası, siyasi kapitalın toplanması baxımından mühüm əhəmiyyəti var.

Unikal hərbi əməkdaşlıq

Azərbaycanın İtaliya ilə hərbi əməkdaşlığı unikal xarakter daşıyır. İtaliya NATO-nun üzvü və belə demək mümkündürsə, bu hərbi təşkilatın təməl daşlarındandır. Nəzərə alsaq ki, Şimali Atlantika Alyansı uzun illər boyu Ermənistan-Azərbaycan qarşıdurmasında məsafə gözləməyə çalışıb, bu halda Bakının faktiki olaraq NATO istehsalı olan hərbi təmayüllü məhsul əldə etməsi diqqətə alınacaq amildir. Düzdür, alınan hərbi təyyarə hücum xarakterli deyil, logistik önəmə malikdir. Ancaq istənilən halda, hərbi təmayüllüdür, üstəlik, tək İtaliya istehsalçılarının ərsəyə gətirdiyi texnika deyil. “C-27J”-nin istehsalında ABŞ hərbi-sənaye sektorunun da payı var.

Yeri gəlmişkən, sözügedən təyyarə Azərbaycanın “Leonardo” şirkətindən aldığı ilk və yeganə texnika deyil. Bundan əvvəl Azərbaycan “Leonardo Aircraft”ın istehsalı olan 10 ədəd “M-346” təlim-döyüş təyyarəsi də əldə edib. Bu təyyarə təcrübədə olduqca əlverişli texnika hesab edilir. Azərbaycandan başqa “M-346” təyyarəsi Polşa, İsrail və Sinqapurda da uğurla sınaqdan çıxarılır.

Azərbaycanın hərbi desantı Balkanlarda

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
8
publika.az

8Mənbələr