AZ

"Neftçi" bu futbolçu ilə müqavilə bağladı

"Neftçi" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Prosport.Az-ın xəbərinə görə, bu, millimizin iranlı müdafiəçisi Höccət Haqverdidir.

1+1 illik müqaviləsi olduğundan, klub həmin bənddən yararlanaraq yeni anlaşmaya qol çəkib. Müqavilənin bağlanmasında onun yerli oyunçu statusunda olması da rol oynayıb.

Həmçinin, digər müdafiəçi Azər Salahlı da "Neftçi"də qalmağa yaxındır. İstənilən halda, "Neftçi" onunla müqaviləni rəsmiləşdirməsə, Salahlının klub tapmaqda problemi olmayacaq. Çünki "Araz-Naxçıvan"ın sahibi Zaur Axundov "Keşlə"dən tanıdığı sabiq futbolçusunu komandasında görmək istəyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
prosport.az

1Mənbələr