İranda seçki qutusunu daşıyan avtomobilə atəş açıldı
Sistan və Bəlucistan vilayətinin Cəkiqur Rask bölgəsində naməlum şəxslər seçki qutusunu daşıyan avtomobilə atəş açıb. Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə yerinə bir neçə təcili tibbi yardım maşını göndərilib.
Hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.