Bakı.TurkicWorld :
Keniyanın üç dairəsində vergilərin artırılması ilə bağlı etirazlarda azı 40 polis əməkdaşı yaralanıb.
TurkicWorld-in məlumatına görə, bu barədə "Citizen" portalı xəbər verib.
Bundan əvvəl Keniyanın qərbindəki Homa Bay şəhərində hökumət əleyhinə nümayişlər zamanı 11 nəfərin yaralandığı bildirilirdi. Onlardan bəziləri güllə yarası alıb.