AZ

Qanunsuz silah saxlayan şəxs həbs edildi

Bakı. Trend:

Yevlaxda qanunsuz olaraq silah-sursat əldə edən şəxslərinsaxlanılması istiqamətində növbəti tədbir keçirilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər NazirliyininMətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarınınkeçirdikləri tədbir zamanı rayon sakini Məlik Abdullayevsaxlanılıb.

Ondan "AKM" modelli avtomat, 29 ədəd patron və patron darağıaşkarlanıb. O, bir müddət əvvəl silahı tapdığını və polisə təhvilverməyərək gizlətmək məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı iləbarəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
19
az.trend.az

10Mənbələr