AZ

Daha bir futbolçumuz Türkiyə klubundan ayrıldı

Sərtan Taşkın Türkiyənin "Manisa" klubundan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Azərbaycan milli komandasının sabiq üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
Qeyd edək ki, Sərtan bu qış "Turan Tovuz"dan "Manisa"ya keçmişdi. 26 yaşlı cinah yarımmüdafiəçisi I Liqa təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
9
sport24.az

10Mənbələr