AZ

Gürcülər Azərbaycan çempionunu darmadağın etdi

Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edən “Şimal” komandası ilkin mərhələnin B qrupunda ilk oyununa çıxıb.

Prosport.Az xəbər verir ki, Kutaisidə “Football School Bridge” (Gürcüstan) ilə qarşılaşan AFFA Region Liqasının qalibi 0:5 hesabı ilə məğlub olub.

Xaçmaz komandasının növbəti rəqibi “Qotenburq” (İsveç) klubu olacaq. Qarşılaşma iyul ayının 1-də baş tutacaq.

Qeyd edək ki, "Şimal" növbəti mövsüm II Liqada mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
prosport.az

1Mənbələr