Aprelin sonunda Tiflisdə erməni və türk diplomatların görüşünün keçirildiyi barədə məlumat var.
Referans.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Areşev erməni mediasına açıqlamasında deyib.
"Onlar orda nəyi müzakirə ediblər? Hansı kommunikasiya layihələrini? Bilinmir. Müxtəlif versiyalar irəli sürmək olar, o cümlədən Ermənistan ola bilsin ki, Azərbaycandan qaz alması müqabilində Mehridən keçən eksterritorial dəhlizin fəaliyyətinə hansısa yolla razılıq verib", - ekspert bildirib.
Onun sözlərinə görə, bu qərar beynəlxalq oyunçular, o cümlədən BMT tərəfindən birbaşa dəstəklənir:
"Rusiya və İran da öz növbəsində bunu nəzərə alıb və bu qərara təsir etmək iqtidarında deyil".
Areşevin fikrincə, İranın reaksiyası diplomatik fəaliyyətə və Bakı ilə mümkün danışıqlara uyğun olacaq:
"Qətiyyətli addımlara gəlincə, İranın bir çox başqa problemləri var, Tehran üçün Cənubi Qafqaz regionunda sabitlik vacibdir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta