AZ

AVRO-2024: 1/8 final mərhələsinin oyunları start götürür - Yenilənir

Bu gün AVRO-2024-ün 1/8 finalında Almaniya - Danimarka və İsveçrə - İtaliya komandaları qarşılaşacaq.

90deqiqe.Az xəbər verir ki, Almaniya və Danimarka tarixlərində 29-cu dəfə üz-üzə gələcək. Almaniya 15 qələbə, Danimarka isə 8 qələbə qazanıb, 5 matç heç-heçə ilə nəticələnib. Bu gərgin mübarizənin qalibi 1/4 finala yüksələrək, İspaniya - Gürcüstan cütünün qalibi ilə qarşılaşacaq.

Almaniya qrup mərhələsində İsveçrə, Macarıstan və Şotlandiyanı məğlub edərək, lider kimi bu mərhələyə yüksəlib. Almaniya 2 qələbə və 1 heç-heçə ilə 7 xal toplayaraq, 8 qol vurub və yalnız 2 qol buraxıb. Komandanın əsas oyunçuları olan Andriç, Kroos, Musiala, İlkay Gündoğan, Wirtz və Havertz çıxışları ilə diqqət çəkib.

Danimarka isə İngiltərə, Sloveniya və Serbiyanın yer aldığı C qrupunda ikinci yeri tutub. Danimarka qrupda üç heç-heçə ilə 3 xal toplayıb, 2 qol vurub və 2 qol buraxıb. 

İsveçrə və İtaliya tarixlərində 62-ci dəfə üz-üzə gələcək. İtaliya 29, İsveçrə isə 8 qələbə qazanıb, 24 matç isə heç-heçə ilə nəticələnib. Bu matçın qalibi 1/4 finalda İngiltərə - Slovakiya matçının qalibi ilə oynayacaq. 

B qrupunda mübarizə aparan İtaliya, Luçano Spallettinin rəhbərliyi altında İspaniyadan sonra 4 xalla ikinci olub və 1/8 finala yüksəlib. İtaliya, Albaniyaya 2:1 hesabı ilə qalib gəlib, İspaniyaya 1:0 uduzub və Xorvatiya ilə 1:1 heç-heçə edib. Komandası üçün ən kritik anda səhnəyə çıxan Zakkani, qrupdakı son matçda Xorvatiyanın qapısına 90+8-də qol vurub və İtaliyanı ikinci yerə gətirib.

A qrupunda çıxış edən İsveçrə, Murat Yakının rəhbərliyi altında Almaniyadan sonra 5 xalla ikinci pillədə qərarlaşıb. İsveçrə qrupda Macarıstanı 3:1 hesabı ilə məğlub edib, Şotlandiya və Almaniya ilə 1:1 hesablı heç-heçə edib. Almaniya ilə matçda 90+2-də qol buraxan İsveçrə, liderlik şansını əldən verib.

20:00 İsveçrə - İtaliya

23:00 Almaniya - Danimarka 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
90deqiqe.az

1Mənbələr