Dağıstanda baş vermiş terror aktları ilə bağlı təhlükəsizlik qüvvələri Abdulmanap Nurməhəmmədov adına döyüş sənəti məktəbində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Bu barədə TASS-a respublikanın hüquq-mühafizə orqanları məlumat verib.
“Təhlükəsizlik qüvvələri Mahaçqalada Abdulmanap Nurməhəmmədov adına döyüş sənəti məktəbində əməliyyat-axtarış tədbirləri həyata keçirir. Respublikada baş verən terror aktları ilə bağlı axtarışlar aparılır. Hələlik həbslər barədə məlumat yoxdur”, – agentliyin həmsöhbəti bildirib.
Bundan əvvəl internetdə məhv edilən yaraqlılardan birinin Abdulmanap Nurməhəmmədovun məktəbinin şagirdi, MMA döyüşçüsü Hacımurad Kagirov ola biləcəyi barədə məlumatlar yayılıb.