Ermənistan Vaşinqtonda NATO sammitinin tərəfdaş formatı tədbirində iştirak etməyə razılıq verib.
TASS bu barədə Zaqafqaziya Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyana istinadən yazır.
“Ermənistan NATO-nun Vaşinqtonda keçirilən sammitinin tərəfdaş formatı tədbirində iştirak etmək üçün dəvət alıb və iştirakını təsdiqləyib”, – diplomat bildirib.
Bundan əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Artur Yeroyan NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən iclasında iştirak edib.
DOĞRU.AZ