Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov qazax jurnalistlə insident yaşayıb.
Fanat.Az xəbər verir ki, "Tengri Sport" milliyətcə osetin olan rusiyalı mütəxəssislə media mənsubunun dialoqunu belə çatdırıb:
Jurnalist: *qazax dilində sual verir*
Çerçesov: Üzr istəyirəm, siz haradansınız?
Jurnalist: Mən Qazaxıstandanam.
Çerçesov: Mənə niyə belə müraciət edirsən? Osetin dilində cavab verim?
Jurnalist: Buyurun, cavab verin.
Çerçesov: Axı heç kim başa düşməyəcək.
Xatırladaq ki, Çerçesov bu posta təyin edilən zaman qazax dilini yaxşı bildiyini və tərcüməçiyə ehtiyac duymadığını demişdi.
Nihat