AZ

İranda səsvermənin vaxtı yenə uzadıldı - Yenilənib

İranda prezident seçkiləri üçün səsvermənin vaxtı 20:00-dək (Bakı vaxtı ilə saat 20:30-a qədər- red.) uzadılıb.TASS xəbər verir ki, bu barədə İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildirib.“Ölkənin müxtəlif bölgələrindən səsvermə vaxtının uzadılması ilə bağlı çoxsaylı müraciətlər əsasında bütün ölkə üzrə səsvermə vaxtı 2 saat uzadılıb”, - Eslami bildirib.Qeyd edək ki, seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi.***İranda prezident seçkiləri səsverməsi müddəti üçüncü dəfə uzadılıb, seçicilər yerli vaxtla saat 00:00-a (Bakı vaxtı ilə saat 00:30) qədər səs verə bilərlər.Bununla bağlı İRİB telekanalı məlumat yayıb.“Səsvermə saat 00:00-a qədər uzadılıb”, - İranın Seçki Komissiyasının nümayəndəsi Möhsün Əslami bildirib.Böyük ehtimalla, üçüncü uzadılma sonuncudur, sonra səslərin sayılması başlayacaq.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

10Mənbələr