AZ

İsrail öz qoşunlarını şimala göndərir və "ekstremal ssenariyə" hazırlaşır

"Livanda yerüstü əməliyyatın başlanması hadisələrin necə inkişaf edəcəyindən və Livanla sərhəddə vəziyyətdən asılı olacaq..."
 
"Hizbullah" ilə tammiqyaslı müharibə yaxınlaşır?
 
İsrail Müdafiə Ordusu qoşunlarını Livan sərhəddinə toplayır. Siyasətçi və diplomatlar heç olmasa hansısa sazişə gəlməyə cəhd etdiyi zaman hərbçilər başqa varianta hazırlaşır.
 
Moderator.az xəbər verir ki, bu barədə "12-ci kanal"ın icmalçısı Nir Dvori bəyan edib. Məlumatı "detaly.co.il" nəşri yayıb.
 
İsrail "Hizbullah" ilə elə siyasi qarşılıqlı anlaşmaya nail olmaqda maraqlıdır ki, şimal sərhəddinin sakinlərinə səkkiz aylıq təxliyədən sonra öz evlərinə dönməyə imkan versin. Livan da bunda maraqlıdır.
 
Lakin siyasi və hərbi səviyyədə hamı anlayır ki, hər şey digər oyunçulardan asılıdır və hər ötən gün eskalasiyanın genişlənməsi daha çox ehtimal edilir.
 
Ona görə də İsrail Müdafiə Ordusu şimal sərhəddinə oktyabrın 7-də müharibə başlanandan orada olan qüvvələrdən başqa əlavə qüvvələr yerləşdirmək qərarına gəlib.
 
Qüvvələrin cənub cəbhəsindən şimal sərhəddinə köçürülməsi barədə qərar Qəzza bölgəsində döyüş əməliyyatlarının üçüncü fazasına keçid, həmçinin HƏMAS taborlarına qarşı Rafahdakı missiyanın praktiki olaraq başa çatması fonunda qəbul edilir.
 
Şimal dairəsinin komandanlığı cənubdan İsrail Müdafiə Ordusunun əsgərlərini qəbul etməyə  və mümkün yürüstü əməliyyata hazırlığa başlayıb.
 
Hazırda şimalda hər yerdə əsgərlərin dağ və meşə ərazisində döyüşlərə hazırlıq məqsədilə intensiv təlimlər keçirilir. Nir Dvori yazır ki, bu hazırlıq ən ekstremal ssenariləri özündə ehtiva edir.
 
Hazırlığın belə templərinə rəğmən, döyüş əməliyyatlarının başlanması tarixi hələlik müəyyən edilməyib. Bu, Qəzza bölgəsində hadisələrin necə inkişaf edəcəyindən və Livan  sərhəddində qarşılıqlı atəşlərin intensivliyindən asılı olacaq.
 
Bir çox icmalçı qeyd edir ki, son günlər intensivlik xeyli azalıb və bu nəticəyə gəlir ki, "Hizbullah" yerüstü əməliyyatlardan yan keçməyə cəhd edir.
 
Bunun belə olduğu bəlli deyil. Həsən Nəsrullah bu həftə yenidən bəyan edib ki, "Münaqişənin inkişaf edəcəyi təqdirdə Qalileyə hərbi müdaxilə hələ də gündəlikdədir".
 
"Bizim tam və gerçək məqsədlərimiz və onlara nail olmaq üçün imkanımız var", - Nəsrullah təhdid edib. - İsraildə bizim raket və dronlarımızdan qorunmaq üçün təhlükəsiz yer olmayacaq. Biz sərhədsiz və qanunsuz döyüşəcəyik".
 
"Livanda genişmiqyaslı yerüstü əməliyyatın başlayacağı tədqirdə İsrail ilk güclü gediş etməlidir", - bunu "12-ci kanal"a adını açıqlamayan yüksək vəzifəli hərbçi qeyd edib. 
 
Onun sözlərinə görə, Livan kampaniyasına hazırlıq müdafiə naziri Yoav Qalantın Vaşinqtona səfərinin əsas mövzusu olub.
 
Yerüstü kampaniyanın yüksək ehtimalının dolayısı əlaməti Kanada, Almaniya və Niderlandın öz vətəndaşlarına Livanı təcili surətdə tərk etmək çağırışlarıdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
moderator.az

1Mənbələr