AZ

Biz də ABŞ kimi bu raketləri istehsal edib... - Putin

ABŞ-ın orta və yaxın mənzilli raketlərini dünyanın müxtəlif regionlarında yerləşdirməsi Rusiyada narahatlıq doğurur və cavab tələb edir. Moskva belə raketlərinin istehsalına və sonradan, ehtimal ki, onların yerləşdirilməsinə başlaya bilər.

Ednews xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclasda bildirib.

“Bu gün məlumdur ki, ABŞ bu raket sistemlərini nəinki istehsal edir, hətta onları təlimlər üçün Avropaya - Danimarkaya gətirib və bu yaxınlarda onların Filippində yerləşdiyi deyildi. Bu, raketlərin oradan çıxarılıb-çıxarılmadığı da məlum deyil.

Hər halda, biz buna reaksiya verməliyik və bu sahədə bundan sonra nə etməli olacağımız barədə qərarlar qəbul etməliyik.

Görünür, biz bu zərbə sistemlərinin istehsalına başlamalıyıq, sonra isə faktiki vəziyyətə əsaslanaraq, təhlükəsizliyimizi təmin etmək üçün lazım gələrsə, onları harada yerləşdirmək barədə qərar qəbul etməliyik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
3
ednews.net

4Mənbələr