AZ

“Şimal” UEFA Regionlar Kubokuna məğlubiyyətlə başladı

Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edən “Şimal” komandası ilkin mərhələnin B qrupunda ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, bu qrupun oyunları Gürcüstanın Kutaisi şəhərində keçirilir.

Azərbaycan çempionu ilk sınağında meydan sahibi “Football School Bridge” komandası ilə üz-üzə gəlib. Oyunu Monteneqrodan olan baş hakim Miloş Boşkoviç idarə edib. Təmsilçimiz Kutaisi Futbol Akademiyasının meydanında baş tutan bu görüşdə 0:5 hesabı ilə məğlub olub.

Komandamızın növbəti rəqibi “Qothenburq” (İsveç) klubu olacaq. Qarşılaşma iyul ayının 1-də baş tutacaq və Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

UEFA Region Liqası
B qrupu
28 iyun

“Football School Bridge” – “Şimal” 5:0
Baş hakim: Miloş Boşkoviç (Monteneqro)
Baş hakimin köməkçiləri: Nikola Raduloviç (Monteneqro), Benas Kikutis (Litva)
Dördüncü hakim: Robertas Valikonis (Litva)
Kutaisi Futbol Akademiyası. Saat 19:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
arena.az

1Mənbələr