AZ

"Peşəmizdə tənqid həmişə olur, amma...."

Fransa millisinin müdafiəçisi Dayot Upamekano Avro-2024-də komandanın ünvanına qarşı edilən tənqidlərlə bağlı açıqlama verib.

90deqiqe.Az  xəbər verir ki, “L’Equipe” onun dediklərini belə çatdırıb:

"Peşəmizdə tənqid həmişə olur, amma məni qətiyyən narahat etmir. Üç matçda çoxlu şanslarımız oldu, lakin onlardan yararlana bilmədik. Fransanın güclü hücumu var. Düşünürəm ki, bizim üçün hər şey yaxşı olacaq, Belçika ilə oyuna hazırlaşmaq üçün vaxtımız var”

Xatırladaq ki, Didye Deşamın komandası öz qrupunda ikinci yeri tutaraq turnirin 1/8 finalına yüksəlib. Fransızlar qrup mərhələsində cəmi iki qol vurub - Avstriya və Polşa ilə qarşılaşmada.Fransa və Belçika görüşü iyulun 1-də, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
90deqiqe.az

1Mənbələr