AZ

Danimarkada fələstinli tərəfdarlar "ictimai asayişi pozduqları üçün " saxlanılıb

Paytaxt Kopenhagendəki Maersk binasının girişində oturan “Fələstin Gənclər Hərəkatı” adlı qrup, gəmiçilik şirkətinin “İsrailə birbaşa silah ticarətini asanlaşdırdığını və bundan qazanc əldə etdiyini” bildirib.

Fələstin tərəfdarları Maerskdən İsraillə əlaqələri kəsməyi və Fələstində soyqırımı dəstəkləməyi dayandırmağı tələb ediblər.

Kopenhagen polisinin sözçüsü Martin Kajberq Danimarkanın Ritzau xəbər agentliyinə verdiyi açıqlamada nümayişçilərin "ictimai asayişi pozduqları" səbəbi ilə saxlandığını bildirib.

Danimarkada iyunun əvvəlində parlament binasının da daxil olduğu Kristiansborq sarayının girişini bağladıqları üçün 27 fələstin tərəfdarı saxlanılmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
hurriyyet.az

1Mənbələr