Rusiyada Federal Təhlükəsizlik Xidməti (FTX) bu idarədə hərbi xidmət üçün müraciət edən çağırışçıların sənədlərini öyrənə biləcək.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri fərman imzalayıb.
Əvvəllər FTX-yə bu strukturda hərbi xidmətə çağırışçıların seçimində iştirak etmək hüququ verilirdi.
"Federal təhlükəsizlik xidmətinin orqanları hərbi xidmətə çağırılmalı olan vətəndaşların federal təhlükəsizlik xidmətinin orqanlarında hərbi xidmətin xüsusi vəzifələrini yerinə yetirmək üçün seçilməsində, o cümlədən belə vətəndaşlar üçün sənədlərlə tanış olmaq yolu ilə iştirak edirlər",- deyə fərmanda qeyd edilib.
2023-cü ilin dekabrında Rusiya prezidenti Vladimir Putin FTX-də hərbi xidmətə icazə verən qanunu imzalayıb. Əvvəllər bu imkan yalnız müqavilə ilə işləyənlərə verilirdi.
Sultan AYXAN