AZ

"Neftçi" iki futbolçusu ilə yollarını ayırdı

  "Neftçi" iki futbolçusu ilə yolları ayırıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar" qapıçı Aqil Məmmədov və yarımmüdafiəçi Ata Caberlə vidalaşıblar.

Xatırladaq ki, Aqil Məmmədov 2015/2016 mövsümündə və 2019-cu ildən 2024-cü ilədək "Neftçi"nin heyətində 112 oyun keçirib. 2022-ci ilin iyununda transfer olunmuş Caber isə "Neftçi"nin heyətində 58 rəsmi oyunda meydana çıxıb, 9 qol vurub.

Aqil Məmmədov "Neftçi" klubu ilə yolları ayırdıqdan sonra karyerasını başa vurub. Onun 35 yaşında əlcəkləri ilə vidalaşması xroniki zədə almasıyla bağlıdır.  

Seçilən
50
3
referans.az

10Mənbələr