AZ

Erməni deputatlar Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb

Berlində işgüzar səfərdə olan Ermənistan-Almaniya Dostluq Qrupunun üzvləri səhər yeməyi zamanı Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri Maykl Rot ilə görüşüblər.

BiG.AZ xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib.

"Tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesinin və regional təhlükəsizlik məsələlərinin vacibliyini vurğuladılar", - deyə məlumatda deyilir.

Söhbət zamanı Ermənistan-Avropa İttifaqı münasibətlərinin dərinləşdirilməsi perspektivləri də diqqət mərkəzində olub.


BiG.Az
Seçilən
140
1
big.az

10Mənbələr