AZ

Təqdimata hazırlaşan Red Magic 9S Pro smartfonu AnTuTu-da yeni rekorda imza atıb

     Red Magic şirkəti 3 iyul tarixində Red Magic 9S Pro adlı yeni gaming smartfonunu təqdim edəcək. İndi isə məlum olub ki, sözügedən yeni gaming smartfonu AnTuTu testlərindən keçib və üstəlik AnTuTu-da rekorda imza atıb. AnTuTu testlərinin nəticələrindən belə qənaətə gəlmək olar ki, Red Magic 9S Pro bazarda ən güclü Android smartfon olacaq. Artıq məlumdur ki, bu smartfon Snapdragon 8 Gen 3 prosessorunun sürətləndirilmiş versiyası vasitəsilə çalışacaq. Söhbət, prosessorun 3.4 GHz tezlikdə çalışan versiyasından gedir. Beləliklə Red Magic 9S Pro-nun 24 GB RAM-a və 1 TB daxili yaddaş həcminə sahib versiyası AnTuTu-da ümumilikdə 2 369 542 xal toplayıb. Bu isə AnTuTu-nun yeni rekordudur. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
technote.az

1Mənbələr