AZ

Xiaomi 14T Pro smartfonu Camera FV-5 resursunda ortaya çıxıb

    Xiaomi şirkəti yaxın zamanda Xiaomi 14T smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri də Xiaomi 14T Pro olacaq. Məlum olub ki, sözügedən model Tayvanın NBTC adlı agentliyində sertifikatlaşdırmadan keçib. Agentliyin məlumatlar bazasında smartfonun texniki imkanları qeyd edilməyib. Bunun yerinə məlumatlar bazasında qeyd edilib ki, Xiaomi 14T Pro smartfonu 2407FPN8EG model nömrəsinə sahibdir. Bu model nömrəsi isə Camera FV-5 resursunun məlumatlar bazasında aşkar edilib.    Nəticədə Xiaomi 14T Pro-nun əsas arxa kamerasının və ön kamerasının özəllikləri məlum olub. Məlumatlarda smartfonun əsas arxa kamerası 12.6 MP kimi təyin edilib. Lakin bu, piksellərin birləşməsi texnologiyası ilə bağlı ola bilər. Nəticədə smartfonun əsas arxa kamerası 50 MP-lik olmalıdır. Smartfonun ön kamerası qismində isə 8.1 MP qeyd edilib. Lakin bu da onun ön kamerasının real MP göstəricisini əks etdirmir. Qeyd etmək lazımdır ki, Xiaomi 14T Pro smartfonunun yaxın zamanda təqdim olunacaq Redmi K70 Ultra-nın qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olacağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
technote.az

1Mənbələr