AZ

SpaceX dünyanın ikinci ən bahalı özəl şirkəti ola bilər

      Kosmik uçuşlar sahəsində heç də az olmayan sayda nailiyyətlər əldə etmiş SpaceX şirkəti özəl şirkət olaraq qalır. Buna görə də onun maliyyə göstəriciləri nadir hallarda ictimaiyyətlə bölüşülür. Bununla belə şirkətin səhmlərinin bir hissəsinin satışı üzrə hazırlanan müqavilə SpaceX-in bazar dəyərini 210 milyard dollara yüksəldə bilər. Bu barədə məlumatı Bloomberg saytı verib.     Mövcud məlumata əsasən SpaceX öz səhmlərinin bir hissəsinin satışı istiqamətində yeni müqavilə hazırlayır və hazırlanan müqavilə çərçivəsində şirkətin bir səhminin 112$ qiymətində satılması nəzərdə tutulub. Bu isə onun bazar dəyərinin 210 milyard dollara yüksəlməsinə səbəb olacaq. Qeyd etmək lazımdır ki, dekabr ayında şirkətin bazar dəyəri 180 milyard dollar həcmində qiymətləndirilmişdi. 210 milyard dollarlıq bazar dəyəri sayəsində SpaceX dünyanın ən bahalı ikinci özəl şirkəti olacaq. Bu reytinqdə birinci yeri TikTok-un sahibi ByteDance şirkəti tutur. Belə ki, onun bazar dəyəri 268 milyard dollar təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
technote.az

1Mənbələr