Livan ərazisindən İsrailin şimalına tank əleyhinə raketlər atılıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir.
"Bu gün səhər saatlarında Livandan Qərbi Qaliley bölgəsinə bir neçə tank əleyhinə raket atılıb. Tələfat barədə məlumat verilməyib", - məlumatda bildirilir.
Bundan əlavə, ÇAXAL-ın hava hücumundan müdafiə sisteminin Livandan gələn iki şübhəli hava hədəfini uğurla ələ keçirdiyi də qeyd edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun