AZ

Türkiyə klubu azərbaycanlı futbolçu ilə razılaşdı

Futbol üzrə Azərbaycan millisinin üzvü Renat Dadaşov karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, qardaş ölkənin TFF I Liqasında çıxış edən "Amedspor" hücumçu ilə yaxından maraqlanır.

Bildirilir ki, Diyarbakır təmsilçisi artıq həmyerlimizlə şifahi razılığa gəlib. Onun transferi rəsmi olaraq yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, Renat Dadaşov ötən mövsümü icarə əsasında "Hatayspor"un heyətində keçirib. Futbolçunun transfer hüquqları İsveçrə "Qrasshopper"inə məxsusdur.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
5
yenisabah.az

7Mənbələr