AZ

Fransanın dövlət istiqrazları üzrə risk mükafatı son 12 ilin ən yüksək həddindədir

Fransada erkən seçkilərdən sonra sağçı hökumətin qurulması ehtimalı investorları narahat etsə də, istiqraz faizi Fransa istiqraz bazarlarında satış təzyiqi səbəbiylə 2012-ci il Avro Böhranından bəri ən yüksək həddi olan 3,26 faizə yüksəlib.

Fransa prezidenti Emmanuel Makron ölkəsində keçirilən Avropa Parlamenti (AP) seçkilərində ifrat sağçı partiyanın böyük fərqlə birinci olmasından sonra iyunun 9-da parlamenti buraxıb və 30 iyun-7 iyul tarixlərində növbədənkənar seçkilərin keçirilməsi qərarını açıqlayıb.

Avropada ifrat sağçıların seçkilərdə yüksəlişi və regionun ikinci böyük iqtisadiyyatı olan Fransada növbədənkənar seçkilərdən sonra sağçı hökumətin qurulması ehtimalı Avropa dövlət istiqrazlarına mənfi təsir edir, investorlar isə əsasən Fransa istiqrazlarının satışına davam edir.

Fransanın 10 illik istiqraz faizi AP seçkilərindən sonra 25 bənd artaraq 3,26 faizə çatıb. Fransa ilə Almaniyanın 10 illik istiqraz faizləri arasındakı fərq 84 baza bəndi ilə 2012-ci ilin sentyabrından bəri ən yüksək həddə çatıb.

İyunun 30-da keçiriləcək növbədənkənar ümumi seçkilərdə ifrat sağçıların mümkün uğuru ilə bağlı narahatlıqlar səbəbilə Fransa fond bazarı tənəzzülə davam edir.

Fransada erkən seçki qərarından sonra düşən CAC 40 indeksinin son 3 gündə 5 faizdən çox dəyər itirməsi diqqət çəkib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
kommersant.az

1Mənbələr