Azərbaycanlı futbolçu Sərtan Taşkın formasını geyindiyi Türkiyənin "Manisa" klubu ilə yollarını ayırıb.
“Football-plus.az” xəbər verir ki, Azərbaycan milli komandasının sabiq üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Sərtan Taşkın bu qış "Turan Tovuz"dan "Manisa"ya keçmişdi. 26 yaşlı cinah yarımmüdafiəçisi 1-ci liqa təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta