AZ

"Kurban Berdıyevlə heç bir tanışlığım yoxdu” – məşqçi seximizin ağsaqqalı

"Turan Tovuz" rusiyalı Kurban Berdıyev çalışdıracaq.

71 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Hər ikisinin vaxtilə Moskvadakı Ali Məşqçilər Məktəbində oxuduğunu nəzərə alsaq, görəsən, Ağasəlim Mircavadovun Berdıyevlə şəxsi tanışlığı varmı? SSRİ vaxtı komandaları üz-üzə gəlibmi? "Football-plus.az" bu suallarla təcrübəli mütəxəssis Ağasəlim Mircavadova müraciət edib:
"Kurban Berdıyevlə heç bir tanışlığım yoxdu. SSRİ vaxtı mən "Neftçi"də olanda o, "Kayrat"da oynayırdı. Yaddan çıxarmayaq ki, Berdıyev "Rubin”lə iki dəfə Rusiya çempionu olmaqla yanaşı, Superkuboka, ölkə kubokuna da sahib olub. Çempionlar Liqasında "Barselona"ya qalib gəlib. Kayrat”la Qazaxıstan kubokunu başı üzərinə qaldırıb. Çox təcrübəli məşqçidi. Cavanlar yaşlı nəsli bəyənməsə də, ona baxıb öyrənəcəkləri çox şey var. Adətən, komandanın düzəldərək daha yaxşı vəziyyətə gətirir. Sadəcə, bunun üçün də maliyyə lazımdı. Lakin tək problem maliyyə deyil. Əsas problem "Turan Tovuz" kollektivinin rayonun özündə qalacağı, yoxsa sadəcə, oyundan-oyuna ora gedəcəyidi".


GÜNAY SÜLEYMANOVA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
football-plus.az

1Mənbələr