AZ

Biləsuvarda avtoqəza baş verib - VİDEO

Biləsuvarda

Biləsuvarda avtoqəza baş verib. Belə ki, təsərrüfat sahəsindən fəhlə daşıyan mikroavtobus Az-Samand markalı minik avtomobili ilə toqquşub. Hadisə Mübariz İbrahimov küçəsi, Arka deyilən ərazidəki dörd yolayrıcında qeydə alınıb. Mikroavtobusla qəzada minik avtomobilinin sürücüsü 1977-ci il təvəllüdlü Quliyev Arif Baxış oğlu ,eləcə də mikroavtobusda olan sərnişinlərdən 11 nəfərin müxtəlif bədən xəsarətləri aldığı bildirilir. Yaralılar təcili yardım maşınları ilə Biləsuvar Rayon Xəstəxanasına çatdırılıb. Baş vermiş hadisə ilə bağlı hüquqi araşdırmalar davam etdirilir.Eltun Məmmədov

Diqqət Çəkənlər

Lənkəranda "VAZ-2107" ağaca çırpılıb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Gürcüstan sarı təhlükəsizlik səviyyəsinə keçdi

Tramp Putinin Ukraynada sülh üçün şərtlərini qəbuledilməz adlandırdı

Seçilən
19
ulusum.az

1Mənbələr