AZ

Avropa nəhəng texnologiya şirkətlərini diqqət mərkəzində saxlayır

Avropa İttifaqı (Aİ) Microsoft və OpenAI, eləcə də Google və Samsung arasında süni intellekt üzrə əməkdaşlıqları diqqətlə araşdırıb. Birlik razılaşmaların rəqiblərə mənfi təsir edib-etməyəcəyinə baxacaq.

Avropa Komissiyasının Rəqabətdən Məsul Üzvü Margrethe Vestager Brüsseldə təşkil edilən proqramda süni intellekt sahəsində atacaqları addımlar haqqında qiymətləndirmələr edib.

Vestager, Microsoft və OpenAI şirkətlərinə müəyyən "eksklüzivlik müddəalarının" rəqiblərə mənfi təsir edib-etməyəcəyini anlamaq üçün Aİ rəqabət qaydalarına uyğun olaraq əlavə suallar göndəriləcəyini bildirdi.

'Böyük şirkətlərin çətinlikləri ola bilər...'

Gemini-nin müəyyən Samsung cihazlarına əvvəlcədən quraşdırılması ilə bağlı Google-un Samsung ilə razılaşmasının təsirlərini daha yaxşı anlamaq istədiklərini ifadə edən Vestager, böyük texnologiya şirkətlərinin daha kiçik model tərtibatçılarının son istifadəçilərə çatmasını çətinləşdirəcəyi riskini gördüklərini söylədi.

Süni intellektin son dövrlərdə çox sürətlə inkişaf etdiyini xatırladan Vestager, bu sahənin ciddi şəkildə araşdırılmasının və bazarda müxtəlif tətbiqlərin davam edəcəyini açıqlayıb.

Əhəmiyyətli sənaye və texnoloji dəyişikliklər zamanı ciddi rəqabət qaydaları və təcrübələrinə ehtiyac olduğunu bildirən Vestager, süni intellekt sahəsində sürətli addımların atılmasının vacibliyini vurğuladı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
kommersant.az

1Mənbələr